Bakı. Rufiz Hafizoğlu – Trend:
Yaxın 2 il ərzində Türkiyədə 38 min məhbus azadlığa buraxılacaq. Trend “TRT Haber” telekanalına istinadən məlumat verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
B.Bozdağ vurğulayıb ki, bu qərar əfv sayılmır və azadlğa buraxılanlar nəzarət altında saxlanılacaqlar.