...

Ərdoğan ABŞ jurnalistinin səhvini düzəltdi (VİDEO)

Dünya xəbərləri Materials 25 Avqust 2016 16:34 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə birgə mətbuat konfransında jurnalistin səhvini düzəldib.
Ərdoğan ABŞ jurnalistinin səhvini düzəltdi (VİDEO)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ABŞ-ın vitse-prezidenti Co Baydenlə birgə mətbuat konfransında jurnalistin səhvini düzəldib.

Trend-in "Haber7"-yə istinadən verdiyi məlumata görə, mətbuat konfransı zamanı sual verən ABŞ jurnalisti İŞİD terror qruplaşmasının əvəzinə "İslam dövləti" ifadəsini işlədib.

Jurnalistin səhvini düzəldən R.T.Ərdoğan deyib:

"İslam dövlətindən terror çıxmaz, terrorçu olan İŞİD qruplaşmasıdır".

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti