...

Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib

Dünya xəbərləri Materials 5 Sentyabr 2016 15:26 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Rentsi ilə dördtərəfli formatda görüş keçirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçıları görüşdə Türkiyə vətəndaşları üçün Aİ-yə vizaların ləğvi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Müzakirələrdən sonra R.T.Ərdoğan və F.Olland ikitərəfli görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti