Bakı. Orxan Quluzadə - Trend:
İslam Əməkdaşlıq Təşkilatı Fəthullah Gülən hərəkatını terror təşkilatı kimi tanıyıb.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Bunadək isə Fars körfəzinin ərəb dövlətləri əməkdaşlıq şurası da Gülən hərəkatını terror təşkilatı kimi tanımışdı.