...

Türkiyədə 73 hərbi təyyarəçinin tutulması üçün əməliyyat başladı

Dünya xəbərləri Materials 27 Oktyabr 2016 10:44 (UTC +04:00)
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis Türkiyənin 17 vilayətində əməliyyat aparır.
Türkiyədə 73 hərbi təyyarəçinin tutulması üçün əməliyyat başladı

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis Türkiyənin 17 vilayətində əməliyyat aparır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, əməliyyatlarda məqsəd 73 hərbi təyyarəçinin tutulmasıdır.

Həmin hərbçilər terror təşkilatına üzv olmaqda, həmçinin silahlı qiyamda iştirakda təqsirləndirilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti