...

Türkiyədə hərbi pilotlar saxlanılıb

Dünya xəbərləri Materials 22 Noyabr 2016 11:05 (UTC +04:00)
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 19 vilayətdə əməliyyatlar aparılıb.
Türkiyədə hərbi pilotlar saxlanılıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 19 vilayətdə əməliyyatlar aparılıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyatlar zamanı polis tərəfindən Türkiyə Hərbi Hava Qüvvələrinin 60 əməkdaşı saxlanılıb.

Saxlanılanlar arasında hərbi pilotlar da var. Onlar 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti