Bakı. Trend:
Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında Fəthullah Gülən hərəkatı dayanıb.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı deyib.
Qeyd edək ki, bazar ertəsi Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hücumu törədən şəxs hadisə yerində öldürülüb.