...

Türkiyə HHQ-nin ilk qadın generalı ola bilərdi, amma...

Dünya xəbərləri Materials 1 Fevral 2017 11:36 (UTC +04:00)
Hərbi Hava Qüvvələrinin (HHQ) 10 pilotu saxlanılıb.
Türkiyə HHQ-nin ilk qadın generalı ola bilərdi, amma...

Bakı. Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı aparılan əməliyyatlar çərçivəsində ötən gün Hərbi Hava Qüvvələrinin (HHQ) 10 pilotu saxlanılıb.

Trend-in "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Türkiyənin ilk qadın generalı olmaq şansı yüksək olan polkovnik-leytenant Bilgəxan Bülbül də var.

Onun 2022-ci ilədək general rütbəsinə yüksəlməsi üçün hər hansı maneənin olmadığı bildirilirdi.

HHQ-nin ilk qadın zabiti olan B.Bülbülün evində FETÖ üzvləri ilə yığıncaqlar keçirən həyat yoldaşı da saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti