Bakı. Trend:
Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2016-cı ildə təqribən 11 500 nəfər təşkil edərək yenidən rekord vurub.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında deyilir.
Ümumilikdə, ötən il Əfqanıstanda silahlı münaqişələrin qurbanlarının sayı 11 418 nəfər olub: onlardan 3500-ü həlak olub, 7900-ü yaralanıb.
Qurbanlar arasında uşaqların sayı 3500 nəfərdir: onlardan 923-ü ölüb, 2600-ü xəsarət alıb. Bu, 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz çoxdur.