Bakı. Trend:
Türkiyənin Adana, Ankara, Mersin, Osmaniye, Kahramanmaraş, Malatya, Elazığ və Kayseri vilayətlərində dövlət çevrilişində cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının üzvlərinə qarşı əməliyyat aparılıb.
Trend-in məlumatına görə, əməliyyatlar zamanı 3-ü polis rəisi olmaqla, 27 polis əməkdaşı saxlanılıb.
Hazırda onların ifadələri alınır.
Xatırladaq ki, ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdu.