Bakı. Trend:
Dağıstanın Dərbənd şəhərində partlayıcı qurğular yerləşdirilmiş avtomobil aşkar edilib.
Trend-in məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri bombanı zərərsizləşdirə biliblər.
Bundan əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə Dərbənddə məktəbin yaxınlığında içində partlayıcı qurğu və silah olan avtomobil aşkar edildiyini bildirmişdi.