...

Böyük Britaniyada terror aktı: 5 ölü, 40 yaralı (FOTO) (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 23 Mart 2017 02:43 (UTC +04:00)
Böyük Britaniya parlamentinin önündə atışma olub.
Böyük Britaniyada terror aktı: 5 ölü, 40 yaralı (FOTO) (YENİLƏNİB-5)

Təfərrüatlar əlavə olunub (ilk xəbər martın 22-si saat 19:06-da yayılıb)

Bakı. Trend:

Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

X X X

22:19

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən biri polisdir.

Bildirilir ki, hücum edən şəxs tək olub.

X X X

20:50

Londonda parlamentin önündə baş vermiş iki terror aktı nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə Trend "AP" agentliyinə istinadən xəbər verir.

X X X

20:28

Londonda parlamentin önündə baş vermiş atışma nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib.

Onun sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.

X X X

19:43

Londonda atışma baş verən körpüdə naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Hücumun terror aktı olduğu istisna edilmir.

X X X

19:06

Böyük Britaniya parlamentinin önündə atışma olub.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Faktla bağlı araşdırılma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti