Bakı. Trend:
Meksikanın Kadereyta şəhərində yerləşən həbsxanada qiyam baş verib.
Trend xəbər verir ki, qiyam nəticəsində 50 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, həbsxana rəhbərliyinin vəziyyətə nəzarət edib-etmədiyi hələlik məlum deyil.
Qeyd edək ki, 2016-ci ilin fevral ayında Meksika həbsxanalarında qiyam nəticəsində 49 nəfər ölüb.