Bakı. Trend:
ABŞ-ın Ohayo ştatında qocalar evində naməlum şəxs insanlara atəş açmağa başlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşı gəlib.
Polis əməkdaşı ilə naməlum şəxsin arasında baş verən atışma nəticəsində 2 qocalar evinin sakini, polis əməkdaşı və atəş açan naməlum şəxs həlak olublar.
Hazırda hadisənin araşdırması aparılır.