Bakı. Trend:
İŞİD terror qruplaşması İngiltərənin Mançester şəhərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Trend-in məlumatına görə, Mançester polisi də hadisəni terror aktı kimi dəyərləndirib.
Partlayış konsert zalından kənarda - foyedə baş verib.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.