Bakı. Trend:
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar söndürüləcək.
Trend-in məlumatına görə, bu barədə Fransa paytaxtının meri Ann İdalqo “Twitter” səhifəsində elan edib.
O, hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək gecə yarısında qüllənin işıqlarının söndürüləcəyini deyib.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.