...

Mançesterdə teraktdan sonra 12 uşaq xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 23 May 2017 17:19 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktından sonra 12 uşaq müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasına yerləşdirilib.

Trend-in məlumatına görə, bunu Mançester şəhər təcili yardım xidmətinin rəhbəri açıqlayıb.

Bundan başqa, digər xəstəxanalara da bir neçə uşağın yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti