...

Mançesterdə partlayış törətmiş şəxsin adı açıqlanıb

Dünya xəbərləri Materials 23 May 2017 17:41 (UTC +04:00)
Mançesterdə partlayış törətmiş şəxsin adı məlum olub.
Mançesterdə partlayış törətmiş şəxsin adı açıqlanıb

Bakı. Trend:

Mançesterdə partlayış törətmiş şəxsin adı məlum olub.

Trend-in məlumatına görə, “Mançester Arena” stadionunda hücumu törətmiş şəxs 23 yaşlı Salman Abedidir.

Bu məlumat hələ ki rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Bir müddət əvvəl bir nəfər hücumla əlaqədar həbs olunmuşdu.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti