...

Fəthullah Gülən Türkiyə vətəndaşlığından məhrum edilə bilər

Dünya xəbərləri Materials 5 İyun 2017 11:50 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Əgər "Hizmət" hərəkatının lideri Fəthullah Gülən 3 ay ərzində ABŞ-ı tərk edib Türkiyəyə qayıtmasa, ölkə vətəndaşlığından çıxarılacaq.

Trend-in "Resmi Gazete"yə istinadən verdiyi məlumata görə, vətəndaşlıqdan çıxarıla biləcək şəxslərin siyahısında xaricdə yaşayan müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Faysal Sarıyıldız və Tuğba Hezer də var. Onlar PKK terror təşkilatı ilə əlaqədə ittiham olunur.

Ümumilikdə siyahıda PKK, 2016-cı il 15 iyulda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Gülən hərəkatı və İŞİD terror qruplaşması ilə əlaqədə ittiham olunan 130 Türkiyə vətəndaşının adı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti