...

Qətər ərəb ölkələrinin tələblərini rədd edib

Dünya xəbərləri Materials 6 İyul 2017 02:04 (UTC +04:00)
Ərəb "dördlüyü" Qətərin tələbləri rədd etdiyini təsdiq edib və Dohanın bu mövqeyi ilə əlaqədar təəssüfləndiyini bildirib
Qətər ərəb ölkələrinin tələblərini rədd edib

Bakı. Trend:

Ərəb "dördlüyü" Qətərin tələbləri rədd etdiyini təsdiq edib və Dohanın bu mövqeyi ilə əlaqədar təəssüfləndiyini bildirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir XİN rəhbərlərinin Qahirədə keçirdikləri iclasın yekunları üzrə qəbul olunan bəyanatda deyilir.

Bununla əlaqədar Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr bəyan edib ki, onun ölkəsi BƏƏ, Bəhreyn və Misir ilə birgə Qətərin siyasi və iqtisadi boykotunu davam etdirəcəklər, əlavə tədbirlər isə məsləhətləşmələrdən sonra qəbul olunacaq.

Danışıqların növbəti mərhələsini Manamada keçirmək qərarı alınıb. Görüşün vaxtı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti