...

Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"

Dünya xəbərləri Materials 13 İyul 2017 12:46 (UTC +04:00)
Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb.
Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"

Bakı. Trend:

Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb. Trend-in məlumatına görə, 1,5 milyon nəfər evsiz qalıb.

Qeyd edək ki, Hindistanda artıq 2 həftədir aramsız yağışlar yağır. Yağışlar nəticəsində Brahmaputra çayı da məcrasından çıxaraq ətrafı basıb. Bu səbəbdən Assam ştatında 2,5 min kənd sel suları altında qalıb.

Kaziranqa Milli Parkının da sel suları altında qaldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti