...

Çində leysan yağışları nəticəsində 18 nəfər ölüb

Dünya xəbərləri Materials 17 İyul 2017 06:33 (UTC +04:00)
Çinin şimal-şərqində Tzilin əyalətində davam edən leysan yağışları nəticəsində 18 nəfər ölüb, 18 nəfər itkin düşüb
Çində leysan yağışları nəticəsində 18 nəfər ölüb

Bakı. Trend:

Çinin şimal-şərqində Tzilin əyalətində davam edən leysan yağışları nəticəsində 18 nəfər olub, 18 nəfər itkin düşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CCTV telekanalı xəbər verir.

Qeyd edək ki, leysan yerli çaylarda suyun səviyyəsinin artmasına səbəb olub, fövqəladə xidmətlər uçqunların və sürüşmələrin mümkünlüyü barədə xəbərdarlıq ediblər. 320 min nəfərə maddi ziyan dəyib, 115 minə yaxın yerli əhali təhlükəsiz rayonlara köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti