Bakı. Trend:
Mosulun cənubunda yerləşən İmam Qərbi kəndi tam olaraq İraq hərbçilərinin nəzarəti altına keçib.
Trend-in RİA Novosti-ya istinadən verdiyi məlumata görə, bu haqda İraq ordusunun polkovnik-leytenantı Nacem Abdulla Hüseyn xəbər verib.
Qeyd edək ki, "700 terrorçu kəndi" kimi tanınan kənd iki həftə əvvəl İŞİD yaraqlıları tərəfindən ələ keçirilibdir. 700-ə yaxın terrorçu Mosulda məğlub olduqdan sonra kəndi tutublar.