...

FETÖ-çülər məhkəmə qarşısına eyni libasda çıxacaq

Dünya xəbərləri Materials 4 Avqust 2017 15:43 (UTC +04:00)
Fəthulla Gülən təşkilatının ( FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar.
FETÖ-çülər məhkəmə qarşısına eyni libasda çıxacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Ədliyyə Nazirliyinin qərarına əsasən ölkədə məhkəmələri davam edən Fəthulla Gülən təşkilatının ( FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, libasın forması hələ təsdiq edilməsə də, rənginin açıq-qəhvəyi olması ehtimal edilir.

Keçən ilin sonunda ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar açıqlama ilə çıxış etmişdi.

Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthulla Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd ediblər. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti