...

ABŞ helikopteri Yəmən sahillərində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 Avqust 2017 10:09 (UTC +04:00)
ABŞ Silahlı Qüvvələrinə məxsus helikopter Yəmən sahillərində qəzaya uğrayıb.
ABŞ helikopteri Yəmən sahillərində qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinə məxsus helikopter Yəmən sahillərində qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Black Hawk” tipli helikopter avqustun 25-i yerli vaxtla saat 19 radələrində təlim uçuşları həyata keçirərkən qəzaya uğrayıb.

Helikopterin göyərtəsində olan 5 hərbçi xilas edilib, bir hərbçinin axtarışları isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti