Bakı. Trend:
Ankara Myanmada müsəlmanların kütləvi qətlini qətiyyətlə pisləyir.
Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
Onun sözlərinə görə Myanmada baş verənlər soyqırımla bir çox cəhətdən oxşardır.
Bəkir Bozdağ deyib: "Türkiyə Myanma zorakılığın artması, sakinlərin yaralanması və öldürülməsindən narahatdır. BMT və beynəlxalq birlik soyqırımı xatırladan bu hadisələrə, biganə qalmamalıdır".