Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkənin "mərkəzi bankı" - Federal Ehtiyat Sisteminin başçısı postuna Cerom Pauellin namizədliyini irəli sürüb. Bu barədə trend xarici KİV-lərə istinadən xəbər verir.
Tramp, çıxış edərkən, ABŞ-ın son zamanlar əldə etdiyi uğurlarından danışıb və qeyd edib ki, FES-nə möhkəm və davamlı lider lazımdır.
Pauellin namizədliyini ABŞ senatı təsdiq etməlidir.
Xatırladaq ki, hal-hazırki FES-in başçısı Janet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralında başa çatır.