...

Luvr muzeyi Abu-Dabiyə satılıb - Yarım milyard dollara (FOTO)

Dünya xəbərləri Materials 9 Noyabr 2017 14:57 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliyi Abu-Dabidə Luvr adlı muzey açıb.
Luvr muzeyi Abu-Dabiyə satılıb - Yarım milyard dollara (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb.

Trend-in məlumatına görə, Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək.

Parisdəki muzeydən daha çox əsərin nümayiş olunacağı yeni muzeyin açılışına Fransa prezidenti Emanuel Makron da qatılıb. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.

Burada Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların əsərləri sərgilənəcək. Tabloların təhlükəsizliyi isə Abu-Dabiyə 750 milyon dollara başa gələcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. 2012-ci ildə açılması planlaşdırılsa da, tikinti 5 il gecikmə ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti