...

Argentinada sərnişin təyyarəsi dronla toqquşub

Dünya xəbərləri Materials 12 Noyabr 2017 05:16 (UTC +04:00)
"Aerolineas Argentinas" aviaşirkətinin sərnişin təyyarəsi Xorxe Nyuberi adına hava limanında dron ilə toqquşub
Argentinada sərnişin təyyarəsi dronla toqquşub

Bakı. Trend:

"Aerolineas Argentinas" aviaşirkətinin sərnişin təyyarəsi Xorxe Nyuberi adına hava limanında dron ilə toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sərnişin təyyarəsinə yüngül ziyan dəyib. Sərnişinlərdən xəsarət alan olmayıb.

Hazırda hava limanı yaxınlığında drondan istifadəyə qadağanı pozan dronun sahibinin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti