...

Misir Prezidentindən orduya əmr: Sinayı təmizləyin!

Dünya xəbərləri Materials 29 Noyabr 2017 17:01 (UTC +04:00)
Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib.
Misir Prezidentindən orduya əmr: Sinayı təmizləyin!

Bakı. Trend:

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib.

Trend-in məlumatına görə, dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.

Qeyd edək ki, son vaxtlarda Sinayda ardıcıl terror aktları törədilib. Noyabrın 24-də isə məscidə silahlı hücum nəticəsində 300-dən çox insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti