...

Atatürk aeroportunda qəza - Yaralılar var

Dünya xəbərləri Materials 12 Dekabr 2017 09:26 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında əməkdaşları daşıyan avtobus başqa avtobusla toqquşub.
Atatürk aeroportunda qəza - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Atatürk hava limanında əməkdaşları daşıyan avtobus başqa avtobusla toqquşub.

Trend-in məlumatına görə, insident nəticəsində 8 nəfər yaralanıb.

Hadisə səhər yerli vaxtla 06:30-da baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, noyabrın 8-də də Atatürk hava limanında qəza baş vermişdi. Həmin hadisədə 4 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti