...

Pentaqon 3 "Əl-Qaidə" liderinin məhv edildiyini bildirib

Dünya xəbərləri Materials 11 Yanvar 2018 03:14 (UTC +04:00)
ABŞ-ın ötən ilin noyabr və dekabr aylarında Yəmənə endirdiyi hava zərbələri nazircəsində "Əl-Qaidə"nin Ərəbistan yarımadası üzrə 3 lideri məhv edilib
Pentaqon 3 "Əl-Qaidə" liderinin məhv edildiyini bildirib

Bakı. Trend:

ABŞ-ın ötən ilin noyabr və dekabr aylarında Yəmənə endirdiyi hava zərbələri nazircəsində "Əl-Qaidə"nin Ərəbistan yarımadası üzrə 3 lideri məhv edilib.

Trend-in məlumatına görə, bu barədə ABŞ mərkəzi komandanlığından bildiriblər.

Məlumata əsasən, noyabr ayının 20-də El-Beyda əyalətinə endirilən hava zərbəsi nəticəsində qruplaşmanın rəhbər heyətinə daxil olan Umar əl-Sanaani, dekabr ayının 15-də eyni əyalətə endirilən hava zərbəsi nəticəsində "Əl-Qaidə"nin Ərəbistan yarımadası üzrə xarici əməliyyatlarının koordinatoru Mikdad əl-Sanaani, dekabrın 19-da isə qruplaşmanın silah, partlayıcı maddə və maliyyə cavabdeh olan Həbib əl-Sanaani məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti