Bakı. Trend:
Türkiyə Konstitusiya Məhkəməsi səlahiyyətlərini aşıb.
Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Konstitusiya Məhkəməsinin "Zaman" qəzetinin jurnalistləri Şahin Alpay və Mehmet Altanın azad edilməsi haqqında qərarına münasibət bildirərkən deyib.
B.Bozdağ qeyd edib: "Konstitusiya Məhkəməsi Apellyasiya Məhkəməsi deyil. Konstitusiya Məhkəməsi ona verilmiş səlahiyyətləri aşıb".
Qeyd edək ki, "Zaman" qəzetinin jurnalistləri 2016-cı iyulunda dövlət çevrilişinə cəhddə işritakda ittiham edilərək həbs olunmuşdular.