...

Bozdağ: ABŞ Suriyadakı terror təşkilatlarını açıq şəkildə dəstəkləyir

Dünya xəbərləri Materials 15 Yanvar 2018 15:26 (UTC +04:00)
ABŞ Suriyada PYD və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir.
Bozdağ: ABŞ Suriyadakı terror təşkilatlarını açıq şəkildə dəstəkləyir

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Suriyada PYD və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

O qeyd edib ki, ABŞ-ın fəaliyyəti Vaşinqton və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir.

B.Bozdağ bildirib ki, Türkiyə Birləşmiş Ştatların provokasiya xarakterli fəaliyyətinə qarşı bütün lazımi addımları atacaq.

Xatırladaq ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti