...

Türkiyə HHQ ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi

Dünya xəbərləri Materials 25 Yanvar 2018 11:11 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.
Türkiyə HHQ ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Trend-in məlumatına görə, həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir.

Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.

Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edir. Bundan əvvəl Türkiyə hakimiyyəti hərbi əməliyyatın miqyasının genişlənəcəyini istisna etməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti