...

Cənubi Koreyada 27 avtomobil toqquşub: 13 yaralı

Dünya xəbərləri Materials 11 Fevral 2018 20:05 (UTC +04:00)
Cənubi Koreyanın Vondju şəhərinin yaxınlığında turist avtobusu və 26 minik avtomobili toqquşub
Cənubi Koreyada 27 avtomobil toqquşub: 13 yaralı

Bakı. Trend:

Cənubi Koreyanın Vondju şəhərinin yaxınlığında turist avtobusu və 26 minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, avtomobillərin toqquşması nəticəsində azı 13 nəfər xəsarət alıb. Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Qəzaya hava şəraitinin pis olmasının səbəb olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti