Bakı. Trend:
Türkiyə, İran və Rusiya XİN başçıları Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov Astanada martın 14-ü Astanada görüşəcəklər.
Trend-in məlumatına görə, bunu Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
"Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü mart ayının 14-ü Astanada keçiriləcək", - deyə Bozdağ bildirib.