...

Peterburqda məktəb və bağçalar bağlandı - SƏBƏB?

Dünya xəbərləri Materials 27 Fevral 2018 11:56 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində qrip və digər kəskin respirator xəstəliklərin geniş yayılması ilə əlaqədar məktəb və uşaq bağçaları bağlanıb.

Trend-in məlumatına görə, ümumilikdə 18 məktəbdə və 10 bağçada dərslər yeddi gün müddətinə dayandırılıb.

Qeyd olunur ki, bu tədris müəssisələrində uşaqların 20 faizdən çoxu xəstəliyə yoluxub.

Sankt-Peterburq şəhər rəhbərliyi hazırda yoluxmaların epidemik səviyyədə olmadığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti