...

Ərdoğanla Putin arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 7 Mart 2018 01:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti, həmçinin Şərqi Qutada humanitar faciəni müzakirə ediblər.

Prezidentlər BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən atəşkəsin təmin edilməsi üçün səylərin vacibliyini vurğulayıblar. Bundan əlavə, tərəflər bölgəyə humanitar yardımın mümkün qədər tez çatdırılması üçün şərait yaradılmasının vaciblində razılaşıblar.

Xəbər lenti

Xəbər lenti