Bakı. Trend:
Ankara Afinadan Türkiyə bayrağını yandıran şəxslərin saxlanılmasını tələb edir.
Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.
XİN-in bəyanatında qeyd olunur ki, rəsmi Ankara, həmçinin martın 5-də sağçı radikal qruplaşmaların etiraz aksiyasında Türkiyə bayrağının yandırılmasını pisləyir:
"Yunanıstan hakimiyyəti Türkiyənin tələblərini dərhal yerinə yetirməli və günahkarları cəzalandırmalıdır".