...

Ankara və Bağdad razılığa gəldi: PKK ilə birgə mübarizə aparacaqlar

Dünya xəbərləri Materials 13 Mart 2018 10:54 (UTC +04:00)
Ankara və Bağdad İraqda PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Ankara və Bağdad razılığa gəldi: PKK ilə birgə mübarizə aparacaqlar

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankara və Bağdad İraqda PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

O qeyd edib ki, PKK nəinki Türkiyə, bütün qonşu ölkələr üçün təhdiddir.

Bununla belə, B.Bozdağ İraqın şimalında keçiriləcək hərbi əməliyyatların dəqiq tarixini açıqlamayıb.

Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan etmişdi ki, Ankara İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti