Bakı. Trend:
ABŞ "Zeytun budağı" əməliyyatının səbəblərini, məqsədi və mahiyyəti dərk etmir, ya da dərk etmək istəmir.
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, əməliyyat dinc sakinlərə qarşı yönəldilmiş bir hərəkət deyil: "Bu terrorçulara qarşı yönəldilmiş əməliyyatdır. O, regionu terrorçulardan təmizləmək, sülh və təhlükəsizliyi təmin etmək məqsədini daşıyır".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.