Bakı. Trend:
Moldovanın paytaxtı Kişinyovda poliklinikalardan birinə bomba qoyulması barədə zəng daxil olub.
Trend-in məlumatına görə, anonim zəngdən sonra poliklinika binası təxliyə edilib.
Hadisə yerinə polislər və istehkamçılar cəlb edilib.
Axtarışlar davam etdirilir.