...

İtaliyada növbəti ƏMƏLİYYAT - Mərakeşli terrorçu saxlanıldı

Dünya xəbərləri Materials 30 Mart 2018 12:10 (UTC +04:00)
İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb.
İtaliyada növbəti ƏMƏLİYYAT - Mərakeşli terrorçu saxlanıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Kuneo şəhərində 19 yaşlı mərakeşli İlyas Haduz saxlanılıb.

Qeyd olunur ki, həmin şəxs sosial şəbəkələrdə ekstremist çağırışlar etməkdə ittiham edilir. Aparılan axtarışlar nəticəsində İ.Haduzun silahların və partlayıcı maddələrin hazırlanması barədə videolara baxdığı da məlum olub.

Xatırladaq ki, ötən gün İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılmışdı.

Həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb.

Həmin terror şəbəkəsinin Roma metropolitenində terror aktı həyata keçirmək planları üzə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti