...

Baş nazirin müavini: Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır

Dünya xəbərləri Materials 31 Mart 2018 09:53 (UTC +04:00)
"Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdan başqa bir şey deyil".
Baş nazirin müavini: Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdan başqa bir şey deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ həmin açıqlamanı şərh edərkən deyib.

B.Bozdağ bildirib ki, Fransa prezidentinin açıqlaması Türkiyə üçün qəbulolunmazdır.

Onun sözlərinə görə, Türkiyə terrorçularla danışıqlar aparmır və bu cür niyyəti də yoxdur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri martın 18-də iki aya yaxın davam edən “Zeytun budağı” əməliyyatı nəticəsində Suriyanın Afrin rayonunu PYD və YPG terrorçularından azad etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti