Bakı. Trend:
Yaponiyada baş verən zəlzələ nəticəsində dörd nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bəzi binaların şüşələri qırılıb, çatlar əmələ gəlib. Qeyd edək ki, zəlzələnin maqnitudası 5,8 bal olub, ocağın dərinliyi 10 km olub.
Sunami təhlükəsi elan olunmayıb.