...

Yerevanda terror hücumlarının qarşısı alınıb

Dünya xəbərləri Materials 21 Aprel 2018 14:57 (UTC +04:00)
Ermənistan Milli Təhlükəsizlik Xidməti Yerevanda terror hücumlarının qarşısının alındığını elan edib.
Yerevanda terror hücumlarının qarşısı alınıb

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti Yerevanda terror hücumlarının qarşısının alındığını elan edib.

Trend "RİA Novosti"yə istinadən bildirir ki, ictimai yerlərdə 150-200 bomba partlatmağı planlaşdıran iki nəfər saxlanılıb.

Həmin şəxslərin həbsdə olan müxalifətçi Jirayr Sefilyan və 2016-cı ildə Yerevanda post-patrul xidmətinin binasına hücum edən qruplaşma ilə əlaqədə olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər təşviş yaratmaq və hakimiyyətə təzyiq göstərmək məqsədilə Yerevanın Azadlıq meydanında, ticarət mərkəzi və digər əyləncə yerləri, nəqliyyat vasitələri, yaşayış binalarının ətrafı və körpülərdə partlayış törətməyi planlaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti