...

BMT baş katibi Ermənistan prezidentini ölkədəki böhranı dialoq vasitəsilə nizamlanmasına çağırıb

Dünya xəbərləri Materials 27 Aprel 2018 21:46 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı keçirib.
BMT baş katibi Ermənistan prezidentini ölkədəki böhranı dialoq vasitəsilə nizamlanmasına çağırıb

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı keçirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Danışıqlar zamanı Ermənistanda baş verən son hadisələr müzakirə olunub: "Antonio Quterreş Ermənistanda baş verən son hadisələrlə bağlı vəziyyətin sülh yolu ilə, münaqişə tərəfləri arasında dialoq vasitəsilə və konstitusion çərçivədə həll olunmasının vacibliyini vurğulayıb", deyə Ddüjarrik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti