...

Gürcüstanın baş naziri istefaya getdiyini açıqlayıb

Dünya xəbərləri Materials 13 İyun 2018 19:08 (UTC +04:00)
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini bəyan edib.
Gürcüstanın baş naziri istefaya getdiyini açıqlayıb

Bakı. Trend:

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə G.Kvirikaşvili xüsusi brifinqdə deyib:

"Mən bu gün baş nazir səlahiyyətlərimi təhvil verəcəyəm".

Baş nazirin bu qərarı nəticəsində bütün hökumət istefaya gedəcək.

Xatırladaq ki, mayın 31-dən Gürcüstanın paytaxtında etiraz aksiyaları keçirilir. Aksiyalara səbəb 2017-ci ilin dekabr ayında Tiflisdə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilənlərin hər ikisininin azadlığa buraxılması olub.

Etirazlar fonunda Gürcüstanın baş prokuroru istefaya gedib. Aksiya iştirakçıları isə baş nazir və ümumilikdə hökumətin istefasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti