...

ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var

Dünya xəbərləri Materials 9 İyul 2018 06:15 (UTC +04:00)
ABŞ-ın Vilyamsburq şəhərində (Virciniya ştatı) "Eurocopter EC 135" tibb helikopteri yaşayış evinə çırpılıb
ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var

Bakı. Trend:

ABŞ-ın Vilyamsburq şəhərində (Virciniya ştatı) "Eurocopter EC 135" tibb helikopteri yaşayış evinə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın federal mülki aviasiya idarəsindən bildiriblər.

Helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Qəzadan sonra güclü yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər və federal mülki aviasiya idarəsinin əməkdaşları işləyir.

Qəzanın səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti